Rusiyada mütəxəssislər Murmanskda qızıldan baha qiymətləndirilən və yeni mineral sayılan "Kola aşkroftini" aşarlayıblar.
Bu barədə "RİA Novosti" məlumat yayıb. Nəşr Təhsil və Elm Nazirliyinə istinad edib.
"Rusiya Elmlər Akademiyasının Kola Elm Mərkəzinin, Sankt-Peterburq Dövlət Universitetinin və A. E. Fersman adına Mineralogiya Muzeyinin tədqiqatçıları əvvəllər məlum olmayan bu mineralı Xibinsk massivinin Kirovski mədənində aşkar ediblər",- məlumatda qeyd edilib.
Nazirliyin bəyanatında qeyd edilib ki, bu, elmə yeni məlum olan mineralın kimyəvi tərkibi nadir torpaq elementlərindən ibarətdir.
Klassik aşkroftin olduqca nadir mineraldır və dünyanın bəzi yerlərində mövcuddur. O, Qrenlandiya, Kanada və İtaliyada hasil olunur. Amma "Kola aşkrofitini" Rusiya üçün yeni imkanlar açacaq.
Qeyd edək ki, bu mineral tərkibində itrium, kalium, sodium və kalsium olan nadir silikat mineralı sayılır.