Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə terrorizmə qarşı mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin mühüm nəticələr verdiyini bildirib.
O, Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib ki, görülən tədbirlər sayəsində bir sıra terror təhdidləri vaxtında zərərsizləşdirilib.
Baş nazir vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə də milli təhlükəsizliyin əsas istiqamətlərindən biridir.
"Gürcüstan cəmiyyəti bu sahədə aparılan ardıcıl işin nəticələrini hər gün görür. Hökumət korrupsiya cinayətlərinə qarşı barışmaz mövqeyini qoruyacaq və qanunu pozan hər kəs ciddi məsuliyyət daşıyacaq", - deyə Kobaxidze bildirib.