Gündəm / Dünya 8-08-2026, 21:15

Kurumdy zirvəsinə qalxan alpinistlər yoxa çıxdılar



Qırğızıstanda aralarında iki belaruslunun da olduğu itkin düşmüş alpinist qrupu axtarılır.

Bu barədə "BelTA" agentliyi Belarus Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Qurumdan bildiriblər ki, qrupda cəmi üç nəfər var. Onlar Kurumdy zirvəsinə qalxdıqdan sonra əlaqə saxlamayıblar. Xilasedicilər artıq axtarış işlərinə başlayıblar.

XİN əlavə edib ki, itkin düşmüş belarusların qohumları və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırlar.

Xəbər lenti