Gündəm / Siyasət / Dünya Bugün, 18:20

Ermənistanda gözlənilməz qərar: Müxalif deputat parlament sədrinin müavini seçildi



Müxalifətçi deputat Aram Vardevanyan Ermənistan parlamentinin sədr müavini seçilib.

Ermənistan parlamentinin avqustun 10-da keçirilən iclasında Hesablama Komissiyasının sədri Lilit Minasyan səsvermənin nəticələrini açıqlayıb.

Qapalı səsvermə zamanı Vardevanyanın namizədliyinə 53 deputat “lehinə” səs verib, əleyhinə səs verən və bitərəf qalan olmayıb.

Qeyd edək ki, Vardevanyan “Güclü Ermənistan” fraksiyasının deputatıdır.

Bundan əvvəl “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Arusyak Manavazyan fraksiyanın Vardevanyanın namizədliyini dəstəkləmək qərarına gəldiyini açıqlamışdı.

Parlamentin spikeri Ruben Rubinyan bildirib ki, Vardevanyanın seçilməsi üçün hakim fraksiyanın səsləri həlledici olub. Onun sözlərinə görə, Vardevanyan müxalifətdən yalnız 13 səs əldə edib və hakim “Vətəndaş müqaviləsi” fraksiyası dəstək verməsəydi, onun sədr müavini seçilməsi mümkün olmayacaqdı.

Qeyd edək ki, 9-cu çağırış Milli Assambleyada “Vətəndaş müqaviləsi” fraksiyasının irəli sürdüyü və seçilən digər iki sədr müavini Hayk Koncoryan və Vaagn Aleksanyandır.

Xəbər lenti