“Mançester Yunayted” hücumçu Markus Reşfordda özünəinam yaratmaq üçün ona yeni forma nömrəsi vermək qərarına gəlib.
Bu barədə jurnalist və insayder Fabritsio Romano sosial mediada məlumat verib.
Mənbənin məlumatına görə, Reşford 14 nömrəli formanı geyinəcək və hazırda komanda ilə birlikdə təlim-məşq toplanışına gedir. Qeyd olunur ki, oyunçu aparıcı Avropa klublarından təklif gəlməsə, Mançester klubunda qalacaq.
Reşford əvvəllər “Qırmızı şeytanlar”da 39 və 19 nömrəli forma geyinib. O, icarə əsasında “Aston Villa”da çıxış edərkən 9 nömrəli formanı, ötən mövsüm “Barselona”da 14 nömrəli formanı geyinib.