Gündəm / Siyasət / Dünya Bugün, 21:30

İran Hörmüzlə bağlı ABŞ-a şərt qoydu: Bunlar yerinə yetirilməlidir



İran Hörmüz boğazından tammiqyaslı gəmiçiliyin bərpasının ABŞ-ın Tehranın bir sıra tələblərini yerinə yetirməsindən asılı olduğunu açıqlayıb.

Bu barədə "Reuters" məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran vəziyyəti vasitəçilər vasitəsilə müzakirə etməyə hazırdır. Lakin bunun üçün Vaşinqtondan müəyyən güzəştlər gözlənilir.

İranın tələbləri arasında kompensasiya ödənilməsi və daha əvvəl əldə olunmuş razılaşmaların şərtlərinin yerinə yetirilməsi də var.

Qeyd olunur ki, Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik dünya enerji bazarına da təsir göstərir. Avqustun 10-da neftin qiyməti artıb və Brent markalı neftin bir barelinin qiyməti təxminən 84,40 dollara yüksəlib.

Xəbər lenti