Yəməndəki husilərin Səudiyyə Ərəbistanına həyata keçirdiyi hücum nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə “Al Jazeera” məlumat yayıb.
Ölənlər arasında 4 hərbçi də var.
Hücumun əsas hədəflərinin Səudiyyə Ərəbistanı ordusunun bölmələri və silah anbarları olduğu bildirilir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.