Gündəm / Siyasət / Dünya Bugün, 18:10

ABŞ və Polşadan hərbi ittifaqda yeni addım - İstehsal başlayır



ABŞ və Polşa silahların birgə istehsalı imkanlarını müzakirə edir.

Bu barədə ABŞ-ın Varşavadakı səfiri Tom Rouz jurnalistlərə açıqlamasında bildirib.

“Biz hərbi texnikanın burada, Polşada birgə istehsalına imkan yaratmaq üçün səylə çalışırıq”, - deyə diplomat vurğulayıb.

Səfir bu açıqlamanı Lodz şəhərində “Apache” helikopterlərinin texniki xidməti üçün servis mərkəzinin yaradılmasına dair müqavilənin imzalanması ilə bağlı keçirilən mətbuat konfransında verib.

Qeyd edək ki, bundan əvvəl Varşava “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin Polşada istehsal edilməsini təklif edib.

Xəbər lenti