Gündəm / Siyasət / Dünya Bugün, 18:20

Suriyada böhran: İsrail vurmaqla hədələdi, MAQATE hərəkətə keçdi



Suriyada “Site 99” adlandırılan gizli obyektdə saxlanıldığı iddia edilən nüvə materialları ilə bağlı gərginlik yaranıb.

ABŞ və İsrail rəsmilərinin iddiasına görə, obyektə keçmiş Bəşər Əsəd rejiminin Əl-Kibar nüvə layihəsindən qalan materiallar, o cümlədən uran konsentratı yerləşdirilib.

İsrailin materiallar obyektdən çıxarılmadığı təqdirdə əraziyə zərbə endirə biləcəyi barədə ABŞ-a xəbərdarlıq etdiyi bildirilir.

Məlumata görə, Vaşinqton İsrailin hərbi müdaxiləsinin qarşısını almaq üçün Təl-Əviv və Dəməşqlə razılaşaraq məsələni Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) iştirakı ilə həll etməyə çalışır.

Suriya Atom Enerjisi Komitəsi də MAQATE nümayəndə heyətinin yaxın günlərdə Dəməşqə səfər edəcəyini açıqlayıb.

Xəbər lenti