İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçilik xəritəsini razılaşdırıblar.
Bu barədə “Press TV” telekanalı İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayiyə istinadla məlumat yayıb.
“Tehran və Məsqət gəmilərin Hörmüz boğazından keçid xəritəsi üzrə razılıq əldə ediblər, baxmayaraq ki, bəzi məsələlər hələ də müzakirə olunur”, — deyə telekanalın məlumatında bildirilir.
Qeyd edək ki, İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa etməli olan saziş üzrə danışıqlar aparırlar.
Mənbələrin məlumatına görə, saziş iki ölkə arasında 60 günlük müvəqqəti razılaşmanı nəzərdə tutur. Buna əsasən, boğazdan keçən və Fars körfəzinə daxil olan bütün gəmi axını İran sularından keçən şimal marşrutu ilə hərəkət edəcək. Hörmüzdən çıxan və Ərəbistan dənizinə yönələn bütün nəqliyyat axını isə İranla koordinasiya olunmaqla Oman sularından keçən cənub marşrutu ilə gedəcək.