Gündəm / Siyasət / Dünya Bugün, 20:20

Rusiya Ukraynaya üçtonluq bomba ilə zərbə endirdi



Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətindəki mövqelərinə üçtonluq FAB-3000 aviasiya bombası ilə zərbələr endirib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, Partlayış gecə saatlarında Xerson şəhəri ərazisində baş verib.

Məlumata görə, bombanın üzərində universal korreksiya və planlaşdırma modulu quraşdırılıb.

Zərbənin nəticələri və itkilərlə bağlı əlavə məlumat verilməyib.

Xəbər lenti