Gündəm / Siyasət / Dünya Bugün, 19:25

Paşinyandan iki məmurla bağlı qərar: Biri gedir, digərinə son şans verildi



Ermənistan hökumətində diaspor məsələləri üzrə komissar Zare Sinanyanın və Ədliyyə Nazirliyinin Cəzaçəkmə Xidmətinin rəhbəri Tsovinar Tadevosyanın vəzifədən azad edilməsi müzakirə olunur.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, diaspor məsələləri üzrə komissar postuna ən real namizəd keçmiş təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Daniel Danielyandır. Sinanyanın bundan sonra hansı vəzifəyə təyin ediləcəyi isə məlum deyil.

Ermənistanın ədliyyə naziri Srbuhi Galyan isə Tadevosyanın vəzifədə qalmasına çalışır. Qəzetin yazdığına görə, Galyan baş nazir Nikol Paşinyandan Tadevosyanın işdən çıxarılmasını təxirə salmağı xahiş edib.

İddiaya əsasən, Galyan Tadevosyanın fəaliyyətinin səmərəliliyini hökumətdə keçiriləcək müzakirələr zamanı sübut etmək üçün ona daha bir şans verilməsini təklif edib. Paşinyan isə öz növbəsində bu təklifi qəbul edib.

Xəbər lenti