“Barselona”nın keçmiş hücumçusu Ronaldinyo həbsxana çempionu olmağı və hədiyyə olaraq donuz balası almağı haqda danışıb.
Ronaldinyo “Netflix”in sənədli filmində deyib:
“Futbol məni kömək etdi, başqa şeylərdən yayındırdı. Turnirin finalında komandamız 11-2 hesabı ilə qalib gəldi. Beş qol vurdum və altı məhsuldar ötürmə etdim. Və kubok olaraq bizə 16 kiloqramlıq donuz hədiyyə etdilər”.
Xatırladaq ki, futbolçu 2020-ci ildə Paraqvayda saxta sənədlərlə ölkəyə girməyə cəhd etdiyinə görə həbs olunmuşdu. Ronaldinyo 32 gününü maksimum təhlükəsizlikli “Agrupacion Especializada” həbsxanasında keçirmişdi.
Daha sonra o, ev dustaqlığı altında olan otelə köçürüldü və orada daha dörd ay qaldı. İş sonda bağlandı, lakin hadisə futbolçunun nüfuzuna ciddi zərbə vurdu.