Gündəm / Siyasət 2-09-2026, 19:40

İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir



İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı açıq təhdid səsləndirib.

Bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.

Katz ABŞ-ın İran üzərində iqtisadi təzyiqinin artmasının Tehranın İsrailə hücum etmək ehtimalını yüksəltdiyini bildirib. O, İranın sentyabr ayında qeyd olunacaq yəhudi bayramları zamanı İsrailə hücum edə biləcəyini iddia edib.

“ABŞ-la koordinasiyalı şəkildə həm müdafiə, həm də hücum baxımından hazırlaşırıq”, - deyə Katz bildirib.

Nazir İranın Livan, işğal altındakı Qərb Şəriyəsi və ya Qəzza üzərindən hücuma keçə biləcəyini də irəli sürüb. Onun sözlərinə görə, İsrail ordusunun təyyarələri mümkün hücuma hazır vəziyyətdədir.

Xəbər lenti