Ukrayna teatrlarının Rusiya səhnələrinə qayıtmaq istədiyi iddia olunur.
Bu barədə Rusiya Dövlət Konsert Təşkilatının (Roskonsert) qastrol proqramları şöbəsinin rəhbəri Vladimir Çerkasov danışıb.
Çerkasov xarici ölkələrlə qastrol əlaqələrinin hazırda əsasən MDB dövlətləri ilə məhdudlaşdığını bildirib.
Onun sözlərinə görə, əvvəllər bu siyahıda Ukrayna da yer alıb.
“Hazırda məlum səbəblərdən Ukrayna iştirak etmir. Baxmayaraq ki, bir çox teatrın Rusiya səhnələrinə qayıtmaq istədiyi barədə məlumat alırıq”, - deyə Çerkasov bildirib.
Roskonsert rəsmisi Baltikyanı ölkələrlə əməkdaşlığın dayandırılmasına da toxunub. O qeyd edib ki, hazırda tərəfdaşların sayını genişləndirmək planlaşdırılmır.