Ermənistanda iqtidarla müxalifət Kərki kəndinin Azərbaycana qaytarılması məsələsində mübahisə edir.
“Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan bir qrup partiya üzvü ilə birlikdə Kərkiyə səfər edib.
Azərbaycana məxsus kənddə açıqlamalar verən Karapetyan bildirib ki, Tiqranaşen (Kərki) strateji əhəmiyyətə malik olduğu üçün Ermənistanda qalmalıdır.
“Ölkənin şimalını Süniklə (Zəngəzur-red), o cümlədən, İran sərhədinə birləşdirən əsas ollardan biri bu kənddən keçir”, - o deyib.
Ba. nazir Nikol Paşinyan isə müxalifəti müharibəni qızışdırmaqda ittiham edib.
“Anklavlar məsələsi həll edilməlidir. Buna icazə verməyəcəyik deyənlər müharibəni qızışdırırlar”, - Paşinyan qeyd edib.