Gündəm / Dünya Bugün, 18:00

Asiyanın ən varlı insanı o oldu



“ByteDance” şirkətinin təsisçisi və “TikTok”un qurucusu Çjan İmin ilk dəfə Asiyanın ən varlı insanı olub.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı Çjan İminin sərvəti 105 milyard dolları ötüb. Onun sərvəti 2019-cu ilin martından bəri səkkiz dəfə artıb. Həmin vaxt Çjanın sərvəti təxminən 13 milyard dollar qiymətləndirilirdi.

Çjan İmin 1983-cü ildə Çinin Futszyan əyalətində anadan olub. 2012-ci ildə Pekində “ByteDance” şirkətini təsis edib. Sahibkarın əsas ideyası süni intellektdən istifadə etməklə istifadəçilərə fərdiləşdirilmiş məzmun tövsiyə etmək olub.

Nəşrə görə, Çjanın sərvətinin sürətli artımı son dövrlərdə süni intellektlə əlaqəli biznes və kapitalların yüksəlişini əks etdirir.

Xəbər lenti