Gündəm / Dünya Dün, 18:50

Yaponiyada AES-in reaktorunda sızma baş verdi



Yaponiyanın "Kansai Electric Power” şirkətinin Fukuy prefekturasındakı Mihama Atom Elektrik Stansiyasının (AES) 3 nömrəli reaktorunun fəaliyyəti su sızmasına görə dayandırılacaq.

Su sızması tərkibində radioaktiv maddələr olmayan avadanlıqda aşkar edilib.

Şirkətin məlumatına əsasən, ətraf mühitdə radiasiya səviyyəsinin normadan artıq olması müşahidə olunmayıb.

Xəbər lenti