"ABŞ İranla müharibədə dönüş nöqtəsinə yaxınlaşıb".
Bunu Ağ Ev rəhbəri Donald Tramp “Axios” nəşrinə bildirib.
“Mənim qarşımda mühüm qərar durur. Mən gəlib onları (İranı — red. ) məhv etmək istəyirəm, yoxsa yox? Bu, çox vacib qərar olacaq. Mənim başıma hər şey gələ bilər”, – deyə Ağ Evin rəhbəri söyləyib.
Bundan qısamüddətli əvvəl İranın ali rəhbərinin müşaviri Məhəmməd Baqir Zölqədr məlumat vermişdi ki, Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu hakimiyyətdə qaldığı müddətcə Hörmüz boğazı gəmiçilik üçün açılmayacaq.