“Qiyamət günü” radiostansiyası kimi tanınan UVB-76 efirdə yenidən qeyri-adi mesajlarla diqqət çəkib.
Bu barədə stansiyanın yayımlarını izləyən “UVB-76 logları” "Telegram" kanalı məlumat yayıb.
Yayım 12:20-də başlayıb. Əvvəlcə efirdə yalnız “meşkovidnı” sözü səslənib. 36 dəqiqə sonra isə daha üç qeyri-adi söz - “tikanie”, “suçilnı” və “urokobey” yayımlanıb.
Qeyd olunur ki, avqustun 27-də də UVB-76 efirə normadan çox sayda mesaj verib. Həmin gün yayım adi vaxtdan xeyli əvvəl - təxminən saat 07:00-da başlayıb.
Daha sonra 09:25 və 10:53-də daha iki şifrəli mesaj yayımlanıb. Saat 11:00-dan etibarən isə stansiya fasiləsiz işləyərək saatda bir neçə şifrəli ötürmə həyata keçirib.