Gündəm 26-10-2026, 18:15

Yuxusuzluğun səbəbi bu içki ola bilər



Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün ilk növbədə qəhvədən imtina etmək lazımdır.

Bu tövsiyəni həkim somnoloq Aleksandr Kalinkin verib.

Mütəxəssis bildirib ki, yuxunu yaxşılaşdırmaq üçün ilk addım qəhvə istehlakını məhdudlaşdırmaqdır. O, hətta bir ay ərzində bu içkidən tamamilə imtina etməyi məsləhət görüb.

Kalinkinin sözlərinə görə, tərkibində kofein olan digər məhsulları, o cümlədən çay və şokoladı da müvəqqəti olaraq qida rasionundan çıxarmaq lazımdır. Həkim qeyd edib ki, bir çox insanda yuxu pozuntuları məhz kofeinlə əlaqədardır.

Xatırladaq ki, bundan əvvəl reabilitoloq Sergey Aqapkin də yatmaqda çətinlik çəkən insanlara yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün gün ərzində qəhvə içməkdən imtina etməyi məsləhət görüb.

Xəbər lenti