Gündəm / Siyasət 27-10-2026, 21:00

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi



Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

27-29 oktyabr tarixlərini əhatə edən Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, Ümumdünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə gerçəkləşir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə təməli qoyulan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əsas beynəlxalq tədbiri olan Forum dialoq vasitəsilə qarşılıqlı anlaşmanın, həmrəyliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Xəbər lenti