Gündəm Bugün, 20:15

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi



Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, hələlik onun yerinə hər hansı təyinat olmayıb.

Bundan başqa, İdarənin rəis müavinləri - Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.

Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.

Xəbər lenti