Gündəm / İdman 16-11-2026, 23:30

1000 oyun keçirən ilk fransalı futbolçu oldu



Fransalı qapıçı Uqo Lyoris peşəkar karyerasında 1000-ci matçına çıxaraq futbol tarixində əlamətdar göstəriciyə imza atıb.
39 yaşlı qolkiper bu nailiyyətə çatan ilk fransalı futbolçu kimi tarixə düşüb.

Lyoris yubiley oyununu "Los-Anceles"in heyətində "Los-Anceles Qalaksi"yə qarşı keçirib. MLS çərçivəsində baş tutan qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Qapıçı karyerası ərzində Fransa millisinin formasında 145, klub səviyyəsində isə 856 matçda meydana çıxıb. ABŞ-yə yollanmazdan əvvəl 2012-2023-cü illərdə "Nitsa", "Lion" və "Tottenhem" klublarında çıxış edib.

Qeyd edək ki, Uqo Lyoris Fransa millisinin kapitanı kimi 2018-ci ildə dünya çempionluğunu da əldə edib.

Xəbər lenti