Çinin süni intellekt sahəsində fəaliyyət göstərən “MiniMax” korporasiyasının qurucusu Yan Tszyuntsze şirkətin səhmlərinin kəskin ucuzlaşması nəticəsində milyarder statusunu itirib.
Bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Maliyyə qrupu “UOB Kay Hian”ın özəl kapitalın idarə olunması üzrə direktoru Kennet Qonun nəşrə verdiyi məlumata görə, investorların süni intellekt bazarı ilə bağlı artan narahatlıqları “MiniMax” şirkətinə də təsir göstərir. Onun sözlərinə görə, şirkətin səhmləri noyabrın 20-də kəskin ucuzlaşıb. Buna “qismən bəzi investorların kapitalı “Anthropic” şirkətinə yönəltməsi də səbəb ola bilər”.
“Forbes”un məlumatına görə, Çində süni intellekt sahəsində rəqabətin güclənməsi və investorların narahatlıqları fonunda “MiniMax”ın qiymətli kağızları 90 faizdən çox ucuzlaşıb.
Yan Tszyuntsze 2026-cı ilin yanvarında “MiniMax”ın Honkonq Fond Birjasında yerləşdirilməsindən sonra Çinin ən gənc milyarderi olub. Həmin vaxt onun sərvəti 3,2 milyard dollar qiymətləndirilirdi. Mart ayında bu göstərici rekord həddə – 12,6 milyard dollara çatıb. Noyabrın 20-nə olan məlumata görə, sahibkarın sərvəti 959,5 milyon dollara qədər azalıb.