9-10 il sonra yeni bir pandemiya başlaya bilər.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko deyib. Onun sözlərinə görə, yeni pandemiya qripdən qaynaqlanacaq
"Hazırda qrip hər yerə yayılır. ABŞ və bütün Avropa hazırda qriplə doludur. Əlbəttə ki, bu baş verəcək. Bu, təbii bir təkamül prosesidir", - Onişenko deyib.
Qeyd edək ki, Koronavirusun yayılması ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində qeydə alınıb. 11 mart 2020-ci ildə ÜST rəhbəri yeni koronavirusun yayılmasını pandemiya elan edib. 5 may 2023-cü ildə ÜST pandemiyanın bitdiyini bildirib. Rəsmi olaraq, pandemiya bu, üç il, bir ay, 24 gün davam edib.
Anar