Gündəm / Dünya
Bugün, 21:15
Kilsədə 19 nəfər dəm qazından zəhərləndi
Almaniyanın Bavariya əyalətinin Allqoy bölgəsindəki kilsələrdən birində 19 nəfər dəm qazından zəhərlənib. Onlardan dördünün vəziyyəti ağırdır.
Hadisə noyabrın 22-də Bad-Qrönenbax icmasındakı kilsədə istilik sisteminin nasazlığı səbəbindən baş verib.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Polis hadisənin dəqiq səbəbinin hələ müəyyənləşdirilmədiyini bildirib.