Gündəm / Hadisə Bugün, 18:15

Bu ölkədə partiya sədri təhdidlərə məruz qaldı - Silah almaq üçün polisə müraciət etdi


Polşanın müxalif "Konfederasiya" partiyasının liderlərindən olan Slavomir Mentzen odlu silah almaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

Planetinfo.az xəbər verir ki, bu barədə siyasətçi "Super Express" qəzetinə verdiyi müsahibədə bildirib.

"Bir il əvvəl ukraynalılardan məni və ailəmi təhdid edən ölüm təhdidləri aldım və ukraynalılar bunu bir neçə dəfə təkrarladılar. Buna görə də öz təhlükəsizliyim üçün odlu silah lisenziyası almağa qərar verdim" - deyə Mentzen qeyd edib.

Siyasətçi polisə etdiyi müraciətlərin heç bir nəticə vermədiyini açıqlayıb.

"Günahkarlar tapılmadı, lakin təhdidlər təkrarlandı", - deyə o əlavə edib.

Qeyd edək ki, 2025-ci ildə Konfederasiya lideri Polşa prezidentliyinə namizədliyini irəli sürüb. İlkin turda Mentzen səslərin 14,8%-ni toplayaraq üçüncü yeri tutub.

Xəbər lenti