Gündəm / Hadisə
Bugün, 20:00
Sumqayıtda yanğın oldu
Sumqayıt şəhərinin 45-ci məhəlləsində yerləşən tikilidə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatdan sonra dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları göndərilib.
Müəyyən olunub ki, yanğın sahəsi 25 kvadratmetr olan, metal və taxta konstruksiyalardan ibarət ayaqqabı təmiri köşkündə baş verib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinə və yaxınlıqda yerləşən uşaq bağçasına keçməsinə imkan verilməyib. Yanğın qısa zamanda nəzarətə götürülərək tam söndürülüb.
Hadisə nəticəsində köşkün yanar hissələri və 4 ağac qismən zərər görüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.