"ABŞ dövlət katibi Marko Rubionun ötən həftə Münhen Təhlükəsizlik Konfransında verdiyi açıqlamalarda vitse-prezident Ceyms Vensin bir il əvvəlki təsirli çıxışı ilə ziddiyyət təşkil edən bir şey yoxdur. Avropa amerikalı siyasətçinin çıxışından sonra yalançı ümidlərə qapılmamalıdır".
Planetinfo,az xəbər verir ki, bu barədə Euractiv iddialara aydınlıq gətirib.
Nəşr yazır ki, Rubio dəfələrlə dostlar sözünü işlətsə də, çıxışının məzmunu Vaşinqtonun bərabərhüquqlu transatlantik tərəfdaşlığa hazır olduğunu təsdiqləmir.
Portal vurğulayıb ki, Rubio ABŞ-nin lazım gələrsə təkbaşına hərəkət etməyə hazır olduğunu açıq şəkildə bildirib.
Münhendə çıxış edən Rubio ABŞ-nin özünü müdafiə edə bilməyən zəif müttəfiqlər istəmədiyini və Vaşinqtonun güclü Avropa istədiyini bildirib.
Ötən il eyni konfransda Vens Aİ-ni senzuraya görə tənqid edib. O, Avropanın mövcud vəziyyətinin ABŞ üçün faydasız olduğunu, hətta öz seçicilərindən belə qorxduğunu qeyd edib.