Gündəm / Region 16-02-2026, 15:30

ABŞ-nin Karib dənizində möhkəmlənməsi 3 milyarda başa gəldi


ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu artırmaq üçün xərclədiyi məbləğ 3 milyard dollara çatıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.


Məlumata görə, ABŞ-nin Karib dənizində artan hərbi mövcudluğa xərclər 2,9 milyard dollara çatıb və ən əhəmiyyətli xərc maddələrindən biri ABŞ administrasiyasına 2025-ci ilin noyabr ayından bəri 740 milyon dollara başa gələn təyyarədaşıyan gəmi olan Cerald Ford və onu müşayiət edən zərbə qrupunun bölgəyə yerləşdirilməsidir.

Qeyd edək ki, noyabrdan bu ilin yanvarına qədər Amerika dəniz donanmasının 20%-i sözügedən bölgədə cəmləşib.

Xəbər lenti