Yevlax rayonunda meşə ərazisində yanğın başlayıb.
Planetinfo.az xəbər verir ki, yanğın hadisəsi Bərdə Yevlax yolunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində başlayıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb edilib. Hazırda küləkli hava yanğının söndürülməsində yanğınsöndürən əməkdaşlarının işini çətinləşdirir.
Baş verən yanğın avtomobil yolunda hərəkətdə avtomobil sürücülərinə də çətin anlar yaşadır.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.