Gündəm / Hadisə 21-02-2026, 23:26

Lənkəranda kişi arvadını qətlə yetirdi




Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

Planetinfo.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.

1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti