Tom Kruz və Pamela Anderson mümkün romantik münasibətlərlə bağlı xəbərlər fonunda medianın diqqət mərkəzinə düşüblər.
Planetinfo.az xəbər verir ki, mənbələrin məlumatına görə, Anderson guya karyerasında gərgin dövrdən sonra “həyatında sevgiyə yer açır”, Kruzun isə onun son kino işlərindən təsirləndiyi bildirilir.
İnsayderlər aktyorlar arasında “qığılcım yarana biləcəyini” və onların əlaqədə olduqlarını iddia edirlər. Lakin bu münasibətlə bağlı rəsmi təsdiq yoxdur.
Daha əvvəl Pamela Anderson qısa müddət aktyor Liam Nison ilə əlaqələndirilib, Tom Kruz isə media tərəfindən Ana de Armas ilə romantik münasibətdə göstərilib.