İqtisadiyyat
Bugün, 10:19
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
Planetinfo.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.