Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermak girov qarşılığında azadlığa buraxılıb.
Planetinfo.az xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, Ali Antikorrupsiya Məhkəməsinin qərarı ilə Yermak üçün 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) məbləğində girov müəyyən edilib və məbləğ ödənildikdən sonra o, istintaq təcridxanasından çıxıb.
Qeyd edək ki, Andrey Yermak mayın 14-də 60 günlük həbs qərarı ilə istintaq təcridxanasına yerləşdirilmişdi. O, Kiyev yaxınlığında elit tikinti layihəsi zamanı çirkli pulların yuyulması işində təqsirləndirilir.
İstintaqın məlumatına görə, söhbət 460 milyon qrivnanın leqallaşdırılmasından gedir.