Gündəm / Sosial Bugün, 14:00

Peşə təhsilinə maraq artdı - Müraciət rekord həddə



2020-ci ildən 2025-ci ilə qədər elektronlaşmadan sonra peşə təhsilinə 506 min müraciət daxil olub.

Planetinfo.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən infotur zamanı jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini qeyd edib ki, 2020-ci ildən bu günə qədər peşə təhsilinə təxminən 506 min nəfər müraciət edib. Bu statistika ölkədə peşə təhsilinə marağın ildən-ilə artdığını və elektronlaşmanın bu sahədə əlçatanlığı əhəmiyyətli dərəcədə genişləndirdiyini göstərir.

Xəbər lenti