Gündəm / İdman Dün, 21:30

Futzal millimiz təlim-məşq toplanışına başladı



Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Futzal Federasiyasından Planetinfo.az-a verilən məlumata görə, yığma üzvləri səhər və axşam olmaqla, günü iki məşqlə başa vurublar.

Komanda aprelin 7-dək hazırlığı Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.

Qeyd edək ki, millimiz aprelin 8-də Tbilisiyə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.

Xəbər lenti