Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Musa Alməmmədov vəfat edib.
Planetinfo.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi məlumat yayıb.
Qeyd olunub ki, “Riyaziyyat və statistika” kafedrasının professoru Musa Alməmmədov vəfat edib:
“Musa müəllimin əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq.
Ona Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik!”