Hadisə Bugün, 15:45

Yasamalda xəstəxanada PARTLAYIŞ - Ölən var



Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

Planetinfo.az xəbər verir ki, otaqların birində partlayış olması barədə məlumatlar yayılıb.

Məlumata görə, orada olan xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Xəbər lenti