Kemerovo vilayətinin Leninsk-Kuznetski rayonunda ümumilikdə 333 şagirdin təhsil aldığı iki məktəb kəskin respirator virus infeksiyaları və cəmiyyətdən qaynaqlanan pnevmoniyanın yayılması ilə əlaqədar tam distant təhsilə keçib.
Planetinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kuzbass Təhsil Nazirliyindən verilən məlumata görə, müxtəlif məktəblərdə ümumilikdə 1000-dən çox şagirdin olduğu 58 sinif otağına da məhdudiyyətlər qoyulub.
Bundan əlavə, Leninsk-Kuznetski və Yurqinski rayonlarında 169 uşağın təhsil aldığı üç uşaq bağçasının fəaliyyəti dayandırılıb. Novokuznetsk, Prokopyevsk və Tayqada, həmçinin Leninsk-Kuznetski, Promışlennovski, Yayski və Yaşkinski rayonlarında 19 uşaq bağçasında (413 uşaq) 23 qrup bağlanıb.
Anar