Qazaxıstanda Orda.kz portalının baş redaktoru Gülnarə Bajkenovaya qarşı cinayət işi başlanıb.
Planetinfo.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Almatı polisi məlumat yayıb. Baş redaktor qəsdən və mütəmadi şəkildə yalan məlumatlar yaymaqda şübhəli bilinir.
İlkin məlumata görə, 2024-cü ildə xəbər portalında dərc olunmuş materiallardan birində hüquq-mühafizə orqanı əməkdaşının rüşvət aldığına görə saxlanılması barədə yalan məlumatlar yayılıb. İstintaq zamanı belə bir faktın olmadığı aydınlaşdırılıb.
Polis şöbəsindən bildiriblər ki, başqa bir tarixdə əmlak mübahisəsi ilə əlaqədar zərərin miqdarı və səbəbləri barədə təhrif olunmuş və həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bu da öz növbəsində ictimaiyyətin aldadılması və şikayətçinin işgüzar nüfuzuna ciddi ziyan vurmasına səbəb olub.
İstintaq davam edir. Bildirilir ki, bütün hallar mövcud qanunvericiliyə uyğun olaraq tam müəyyən ediləcək.
Anar