Hadisə 11-05-2026, 13:00

Zaqatalada evin həyətindən meyit tapıldı



Zaqatalada 36 yaşlı kişinin meyiti tapılıb.

Planetinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.


Kənd sakini, 1990-cı il təvəllüdlü Zaur Hacıbəy oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsində ailə üzvləri tərəfindən aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti