Hadisə Bugün, 14:21

Bakıda 23 yaşlı qız nişanlısı tərəfindən DÖYÜLDÜ



Bakının Xətai rayonunda 23 yaşlı oğlan nişanlısına xəsarət yetirib.

Planetinfo.az Demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonunun X.Məmmədov küçəsində baş verib.


Şərur rayon sakini, 2003-cü il təvəllüdlü Tacəddin həmin ərazidə yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsinin pilləkan meydançasında nişanlısı Zəminə (adlar şərtidir – red.) ilə mübahisə edib.


Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı nişanlısını qəsdən əl zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurub. O, qızı döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Xəbər lenti