18 yaşlı futbolçu Sami Səid Mərakeşdə yol qəzasında həlak olub.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Faciə 27 iyulda baş verib. Səid İtaliya çempionatının üçüncü ən yüksək divizionu olan C Seriyasında oynayan “Trento” klubunun oyunçusu idi. O, klub akademiyasının ən istedadlı məzunlarından biri hesab olunurdu. Ölümcül qəzanın təfərrüatları açıqlanmayıb.
"Trento, 18 yaşında Mərakeşdə avtomobil qəzasında dünyasını dəyişən gənclər akademiyasının oyunçusu Sami Səidin faciəli ölümünü dərin kədərlə öyrəndi. Sami "sarı və mavi" ailənin bir hissəsi idi və onu tanımaq şansına sahib olanların xatirəsində əbədi qalacaq.
Belə bir faciə ilə üzləşəndə sözlər artıq olur. Qalan tək şey dərin bir boşluq hissidir. Prezident, rəhbərlik, komanda yoldaşları, gənclər heyəti və bütün “Trento” klubu Saminin ailəsi, dostları və onu sevən hər kəs ətrafında dərin sevgi ilə birləşərək ən səmimi və dərin başsağlığılarını bildirirlər. Əlvida, Sami", - klubun açıqlamasında deyilir.