Gəncədə dönərdən zəhərlənmə hadisəsi olub.
7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləridir. Onlar dönər yedikdən sorna özlərini pis hiss ediblər.
Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.