Hadisə 18-12-2025, 19:42

Bakıda qadın evində ölü tapılıb

Bakıda qadın evində ölü tapılıb
Bakıda evdən qadın meyiti tapılıb.

Planetinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, X.Məmmədov küçəsində qeydə alınıb.

79 yaşlı Kübra Abdullayevna Əlizadənin meyiti yaşadığı mənzildə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Xətai rayon Prokurorluğu araşdırma aparır.

Xəbər lenti