Qazaxıstanda zəlzələ olub.
Planetinfo.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Milli Məlumat Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Çində maqnitudası 5 bal olan zəlzələnin təsirindən baş verib. Qazaxıstanda yeraltı təkanlar daha çox Almatıda hiss edilib.
Seysmoloqların məlumatına görə, zəlzələ Almatıda 2 bal gücündə hiss olunub.
Qeyd edək ki, bundan bir müddət əvvəl Çində baş vermiş zəlzələ Almatıda ciddi şəkildə hiss edilmişdi.
Anar