Hadisə 22-12-2025, 12:14

12 yaşlı məktəbli direktoru güllələdi



Türkiyədə 12 yaşlı şagird təhsil aldığı məktəbin direktorunu güllələyib.

Planetinfo.az trthaber-ə istinadən bildirir ki, hadisə Mersinin Anamur rayonunda baş verib.

Belə ki, rayonun Çarıklar məhəlləsindəki Rüştü Kazım Yücelen Orta Məktəbində oxuyan 12 yaşlı şagird məktəbin həyətində naməlum səbəbdən məktəb direktoru Ender Karanı tüfənglə vurub. Ağır yaralanan Kara təcili yardımla xəstəxanaya aparılıb.

Hadisədən sonra məktəbdə dərslər dayandırılıb. Direktora atəş açan şagird və atası jandarma qrupları tərəfindən saxlanılıb.

Polis baş vermiş hadisə ilə bağlı araşdırma aparır.

Anar

Xəbər lenti