Hadisə 22-12-2025, 20:09

Bakıda iki evdən 2 meyit tapıldı

Bakıda iki evdən 2 meyit tapıldı
Bakıda iki evdən meyit tapılıb.

Planetinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisələrdən biri Səbail rayonu, B.Sərdarov küçəsindəki mənzillərdən birində qeydə alınıb.

Orada yaşayan, 86 yaşlı Rəfayel Lətif oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.

Digər hadisə isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 70 yaşlı Afərin Orxan oğlu Mahmudov evində ölmüş vəziyyətdə aşkarlanıb.

Araşdırmalar rayon prokurorluqlarında aparılır.

Xəbər lenti